Ermənistanın paytaxtı Yerevanda ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuş keçmiş döyüşçü şəhərin inzibati binalarından birinə daxil olaraq rəhbərliklə görüş tələb edib.
Modern.az Ermənistan KİV-ə istinadən xəbər verirki, hadisə bu gün səhər saatlarında Malatya-Sebastiya rayonunda baş verib.
Məlumata görə, 34 yaşı Samvel X. adlı şəxs tələbinin yerinə yetirilməyəcəyi təqdirdə binanı qumbara ilə partladacağını deyib. Bundan təşvişə düşən sakinlər əraziyə polis əməkdaşlarını çağırıb.
Polislər onunla söhbət edərək, fikrindən daşındıra biliblər. Daha sonra həmin şəxs saxlanılaraq polis bölməsinə aparılıb.
Hazırda faktla bağlı araşdırmalar gedir. İnsidentin təfərrüatarı barədə məlumat verilməyib.