Modern.az

Əfqanıstanın Bakıdakı səfirliyinin saytı bağlandı

Əfqanıstanın Bakıdakı səfirliyinin saytı bağlandı

Aktual

20 Avqust 2021, 16:57

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatının ölkənin xaricdəki səfirliklərilə necə davranacağı hələ məlum deyil.

Əfqanıstanın xarici ölkələrdəki səfirlikləri hazırda çıxılmaz vəziyyətdə qalıblar. Çünki xaricdəki diplomatlar Əfqanıstanın əvvəlki iqtidarına bağlı olduqlarından yeni hakimiyyətin onları tanıyıb-tanımayacağı məlum deyil.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən ötən günlərdə Modern.az-a verilən açıqlamada  diplomatik korpusun fəaliyyətini davam etdirdiyi bildirilmişdi.

Eyni zamanda diplomatik korpus “Taliban”la bağlı sualları cavablandırmaqdan imtina etmişdi.

Modern.az-ın məlumatına görə, Əfqanıstanın Bakıdakı səfirliyinin dünənə kimi fəaliyyət göstərən saytı bu gün qapadılıb.

Bunun səbəbini dəqiqləşdirə bilmədik…

Xatırladaq ki, hazırkı səfir Amanullah Ceyhun 2020-ci ilin noyabrında ölkəmizə təyinat alıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı