Modern.az

DİN qazinin üç qardaş tərəfindən döyülməsini araşdırır  

 DİN qazinin üç qardaş tərəfindən döyülməsini araşdırır   

Aktual

20 Avqust 2021, 21:21

Gədəbəy Rayon Polis Şöbəsində Rauf İlham oğlu İmanovun həmkəndliləri olan üç qardaş tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Məlumata görə, Gədəbəy rayonunun Böyük Qaramurad kənd sakini Rauf İmanovun əmisi qızına elçi düşən şəxs həmin xanım başqasına ərə verildiyinə görə onun yaxınlarını təhqir edib. Bu zaman R.İmanov məsələyə müdaxilə edib və tərəflər arasında mübahisə yaranıb. O, Amin, Alim və Aliq İsmayılov qardaşları tərəfindən əvvəlcə döyülüb, daha sonra ağaca bağlanılıb.

 

Faktla bağlı araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib.

 

Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı