Modern.az

Ev verilən şəhid ailələrinin sayı AÇIQLANDI

Ev verilən şəhid ailələrinin sayı AÇIQLANDI

Aktual

21 Avqust 2021, 15:29

"Dövlət başçısının xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı geniş vüsət alıb".

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.

 

Nazir müavini qeyd edib ki, nazirlik tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib.

 

"Bu il isə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının 2018-ci ilə nisbətən artıq 5 dəfəyə yaxın genişləndiyini göstərir", - V.Nəsirli bildirib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı