Modern.az

Ağsudakı yanğın söndürüldü  

Ağsudakı yanğın söndürüldü  

Aktual

23 Avqust 2021, 08:38

Ağsu rayonunun Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Dağlıq ərazidə 15 ha sahədə quru ot və kol-kos yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı