Modern.az

Şeyx Çeçenistanda səfərdədir

Şeyx Çeçenistanda səfərdədir

Aktual

23 Avqust 2021, 10:14

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb.

 

QMİ-dən Modern.az-a verilən məlumata görə, səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

 

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı