Modern.az

Abituriyentlərin nəzərinə: Məleykə Abbaszadə bu gün suallara CAVAB VERƏCƏK

Abituriyentlərin nəzərinə: Məleykə Abbaszadə bu gün suallara CAVAB VERƏCƏK

Aktual

23 Avqust 2021, 10:33

Avqustun 20-dən başlayaraq, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi aparılır. İnternet vasitəsilə aparılan proses avqustun 30-dək davam edəcək.

 

Modern.az xəbər verir ki, bu sahədə yaranmış çoxsaylı müraciətləri nəzərə alan Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün abituriyentlərin suallarını cavablandıracaq.

 

Məleykə Abbaszadə bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə suallara cavab verəcək.

 

DİM sədri II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.

 

İxtisas seçimi ilə əlaqədar olan sualları Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində yerləşdirilən elanın altına yaza bilərsiniz.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı