Modern.az

Dövlət Komitəsinyeni təyinat

Dövlət Komitəsində yeni təyinat

Aktual

23 Avqust 2021, 10:40

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şəhər bölgəsi üzrə yeni şöbə müdiri təyin olunub. Bu vəzifəyə Məmmədov Həsən Surxay oğlu təyin  edilib.

 

Qeyd edək ki, Həsən Məmmədov uzun illər Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib. Bu müddət ərzində Gəncə şəhərinin  ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilib. 2015-ci ildə Prezident İlham Əliyevin müfaviq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Ailəlidir. 3 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı