Modern.az

İki gündə axtarışda olan 42 nəfər tutulub

İki gündə axtarışda olan 42 nəfər tutulub

Aktual

23 Avqust 2021, 16:58

Respublikanın daxili işlər orqanları tərəfindən həftəsonu (şənbə-bazar) törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Modern.az DİN-in saytına istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı