Modern.az

Bakıda bu yollarda sıxlıq var - SİYAHI 

Bakıda bu yollarda sıxlıq var - SİYAHI 

Aktual

24 Avqust 2021, 09:13

Bakıda sıxlıq olan ərazilər açıqlanıb.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.

 

Həmçinin Ziya Bünyadov prospekti - Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq müşahidə olunur. Səbəbi isə nəqliyyat vasitələrinin çoxluğudur.

 

Tbilisi prospekti - Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq var.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi