Modern.az

Zavoddakı partlayışda 16 nəfər öldü

Zavoddakı partlayışda 16 nəfər öldü

Aktual

22 Oktyabr 2021, 13:26

Rusiyanın Ryazan vilayətində "Elastik" barıt zavodunda partlayış baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində 16 nəfər həlak olub.

 

Qeyd olunur ki, hadisə zamanı zavodda 17 nəfər olub.

 

Məlumata əsasən, zavodda istehsal avadanlığının işə salınması zamanı partlayış baş verib və zavodun tikililərindən biri çöküb.

 

Hadisə yerində axtarış işləri davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı