Modern.az

Saatlıda toy sahibi CƏRİMƏLƏNİB

Saatlıda toy sahibi CƏRİMƏLƏNİB

Aktual

23 Oktyabr 2021, 09:49

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Soltanabad kənd sakini Atamoğlan Ağayevin fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə  profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı