Modern.az

Vətən müharibəsi xronikası - Düşmən Tərtəri “Smerç”lə atəşə tutub

Vətən müharibəsi xronikası - Düşmən Tərtəri “Smerç”lə atəşə tutub

Aktual

26 Oktyabr 2021, 07:36

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev xalqa müraciət edib.

 

- Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan, Qubadlı, Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

 

- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə bağlı paylaşım edib.

 

- Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

 

- Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub.

 

- Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub.

 

- Ermənistan atəşkəs rejimini pozmaqda davam edib.

 

- Ağcabədi rayonu, Tərtər şəhəri atəşə tutulub.

 

- Düşmən kvadrokopteri məhv edilib.

 

- Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub.

 

- Qubadlı rayonunun işğaldan azad olunan Padar və Xanlıq kəndlərinin videogörüntüsü yayılıb.

- İşğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsü yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü