Modern.az

Ermənistanda David Tonoyana görə yeni həbslər olacaq

Ermənistanda David Tonoyana görə yeni həbslər olacaq

Aktual

27 Oktyabr 2021, 09:42

Ermənistanın hüquq-mühafizə orqanları, eləcə də məhkəmə sisteminin nümayəndələri keçmiş müdafiə naziri David Tonoyanın cinayət işi üzrə hər kəsi həbs etmək qərarına gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

İki gün əvvəl 2009-2019-cu illərdə Aviasiya İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Avetik Muradyanın vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti versə də, rədd edilib.

 

David Tonoyanın vəkillərinin vəsatəti də rədd edilib. Məlum olub ki, cinayət işi üzrə 4 əsas vəzifəli şəxs hələlik həbsdə qalacaq və onların həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı bütün vəsatətlər rədd ediləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir