Modern.az

“Koroğlu”da gücləndirilmiş iş REJİMİ

“Koroğlu”da gücləndirilmiş iş REJİMİ

Aktual

11 Noyabr 2021, 14:55

Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Lüksemburq oyunu ilə əlaqədar metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.

 

Bu barədə Modern.az-a açıqlamasında Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

O bildirib ki, artıq bu barədə stansiya rəhbərliyinə tapşırıq verilib:

 

“Oyundan sonra azarkeşlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə müvafiq tədbirlər görüləcək. Stansiyada sərnişin sıxlığının yarnamaması üçün ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq” - deyə B.Məmmədov deyib.

 

Qeyd edək ki, oyun bu gün saat 20.00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?