Modern.az

Lerikdə COVID pasportu satan icra nümayəndəsi SAXLANILDI

Lerikdə COVID pasportu satan icra nümayəndəsi SAXLANILDI

Aktual

11 Noyabr 2021, 16:06

Lerik rayon icra hakimiyyəti başçısının Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə  “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

 

Bu barədə Lerik rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Araşdırmalarla Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsi Eminəli Həşimovun Xanəgah kənd tibb məntəqəsinin tibb qardaşı Elşən Fərzili və Lerik rayon mərkəzi xəstəxanasının operatoru Ayət Səmədov ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı saxta tibbi sənədlər tərtib etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?