Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 265 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11981, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24296 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9983606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5007657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4454456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 521493 təşkil edir.