Modern.az

Kiyevdə Zəfər Günü

Kiyevdə Zəfər Günü

Aktual

11 Noyabr 2021, 18:35

Kiyev şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə şou-aksiya keçirilib. 

 

Modern.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin təşəbbüsü və təşkilatçılığı ilə paytaxtın mərkəzi Klovskaya küçəsi-7 ünvanındakı inzibati binalardan birinin üzərində Azərbaycanın möhtəşəm tarixi bayramları şərəfinə lazer-şou keçirilib. 

 

Aksiya zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Azərbaycan əsgərinin, Azərbaycan xəritəsinin, dövlət bayrağının, Şuşa məscidinin və “Xarı bülbül” rəmzinin reproduksiyaları nümayiş olunub. 

 

Aksiyada UAR-ın gənclər departamentinin əməkdaşları iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...