Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmir ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyi məlumat yayıb.
Görüşdə səmərəli fikir mübadiləsi aparılıb və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.