Modern.az

Azərbaycan Lüksemburqla oyunda məğlub oldu

Azərbaycan Lüksemburqla oyunda məğlub oldu

Aktual

11 Noyabr 2021, 23:01

Futbol üzrə Azərbaycan millisi 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edib.

 

Bakı Olimpiya Stadionunda (BOS) oynanılan və 2 kollektiv arasında sayca 6-cı olan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbədən sonra xalların 9-a çatdıran Lüksemburq seçməsi qrup 3-cülüyünü təmin edib. Azərbaycan isə seçmə mərhələni 1 xalla sonuncu sırada başa vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?