Modern.az

İrandan Paris sazişi ilə bağlı ŞƏRT

İrandan Paris sazişi ilə bağlı ŞƏRT

Aktual

11 Noyabr 2021, 23:25

İran Paris iqlim sazişini yalnız ölkəyə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacağı təqdirdə ratifikasiya edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti və ətraf mühitin mühafizəsi naziri Əli Səlacağ məlumat verib.

 

Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Sammiti zamanı BBC-yə müsahibə verən Səlacağ sanksiyaların İranda bərpa olunan enerji ilə bağlı işlərə mane olduğunu bildirib.

 

“Sanksiyalara görə dərman kimi əsas ehtiyacları ölkəyə idxal edə bilmirik. Sanksiyalar aradan qaldırılarsa, dünya qarşısında məsuliyyətimiz artacaq. Əgər bizə müasir texnologiyalar və dəstək verilsə, biz bərpa olunan enerjiyə keçə və köhnəlmiş infrastrukturumuzu təmir edə bilərik”, - deyə o qeyd edib.

 

O, bütün dünya kimi İranın da iqlim böhranından mənfi təsirləndiyini vurğulayıb.

 

Dünyanın səkkizinci ən böyük karbon emissiya edən İran Paris iqlim sazişini hələ ratifikasiya etməyib.

 

Paris Sazişi Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin dekabr ayında Parisdə keçirilmiş iqlim konfransı zamanı qəbul edilib, 2016-cı ilin noyabr ayının 4-də qüvvəyə minib. Saziş qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?