Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Modern.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün sürprizlə qarşılaşmadıq, Azərbaycan millisi bizi təəccübləndirmədi. Rəqibə qarşı 2 ay əvvəl oynamışdıq. Bu komandanı yaxşı tanıyırıq. Heyətində keyfiyyətli futbolçular var.
Qələbə qazanmağımızda rəqib futbolçunun qırmızı vərəqə alması öz sözünü dedi. Komandanın çıxışından razı qalmadım. Xüsusilə qırmızı vərəqədən 1-ci qoladək yaxşı oynamadıq".