Modern.az

Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycanda Konstitusiya Günüdür

Aktual

12 Noyabr 2021, 00:04

Bu gün Azərbaycan Respublikasının Konstitusiya günüdür.

 

Modern.az xatırladır ki, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib.

 

Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.

 

1995-ci ildə qəbul olunmuş Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

 

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

 

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?