Modern.az

NASA-nın yeni nəsil kosmik gəmisi

NASA-nın yeni nəsil kosmik gəmisi

Aktual

12 Noyabr 2021, 00:16

Amerika Milli Kosmos və Aviasiya İdarəsi (NASA) 10 ildən sonra yenidən Aya kosmik gəmi göndərməyi planlaşdırır. 

 

Modern.az xəbər verir ki, NASA-nın Aya və Marsa göndərəcəyi “Orion” adlı yeni nəsil kosmik gəminin hazırlıqları davam edir.

 

NASA-nın Aya göndərəcəti yeni missiya yunan mifologiyasına görə Apollonun bacısı hesab olunan Artemidanın adını daşıyır.

 

“Orion” gələcək üçün nəzərdə tutulsa da, onun hazırlanmasında “retro” komponentlərdən də istifadə edilib. Məsələn, onun konus formalı kapsulu yarım əsr əvvəl Aya səyahət etmiş Apollonu xatırladır.

 

ABŞ-ın keçmiş prezidenti Corc Buş dövründə layihələndirilən və inşasına 2006-cı ildə başlanan “Orion”un dəyəri 18 milyard dolları keçib.

 

Gəminin salonunda hündürlüyü və çəkisi tənzimlənə bilən dörd oturacaq var. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?