Avstraliyada Hüsam Sərəf adlı bağban bir ağacda 10 fərqli meyvə yetişdirib.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Viktoriya ştatının Şepparton bölgəsində bağban işləyən Sərəf bildirib ki, bundan əvvəlki rekord 5 meyvə olub. O, Ginnesin Rekordlar Kitabına müraciət edib.
Əvvəlki rekordçu Çilidən olan Luis H. Karraskodur. O, öz ağacında ərik, albalı, nektarin, gavalı və şaftalı yetişdirmişdi.
Sərəf ağacında ağ və sarı nektarin, ağ və sarı şaftalı, sarı və qırmızı gavalı, şaftalı və ərik hibridi, ərik, badam və alça yetişdirib.
Ginnesin Rekordlar Kitabının rəsmiləri Sərəfin yetişdirdiyi ağacdakı meyvələrin 5 müxtəlif növ olduğunu, ona görə də Karrasko ilə bərabər səviyyədə olduğunu bildiriblər.
Bununla belə, Saraf səlahiyyətlilərin qiymətləndirməsinə etiraz edərək bildirib ki, Karraskonun ağacındakı şaftalı və nektarin əslində yeganə meyvə sayılmalıdır.
“Dediklərimi qəbul etdilər. Əvvəlki rekordçunun meyvələrinin sayını 4-ə dəyişdilər, ağacımdakıları isə 5-ə yazdılar”, - deyə o qeyd edib.
Ginnesin Rekordlar Kitabına verdiyi açıqlamada Saraf ağacının “dinc birgə yaşayışı” təmsil etdiyini bildirib.
Saraf əlavə edib ki, o, hələ rekord sertifikatı almayıb və Melbörn Universitetindən üç aqronom ağacın son müayinəsi üçün onun bağına baş çəkəcək.
Akif İsmayılov