Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İrana səfəri başlayıb.
Modern.az xəbər verir ki, nazir Tviter səhifəsində İranda olduğu barədə qeyd yazıb:
“İkitərəfli əlaqələrimizi ələ almaq və regional proseslər haqqında fikir mübadiləsi aparmaq məqsədilə Tehrandayıq”.
***
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın dəvəti ilə bu gün İrana rəsmi səfər edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu Abdollahianla bir sıra məsələlərlə yanaşı, bölgədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.