Modern.az

BMU əməkdaşları dərslik müəllifi oldu

BMU əməkdaşları dərslik müəllifi oldu

Aktual

15 Noyabr 2021, 11:25

Orta məktəblərin 5-ci siniflərində pilot olaraq tədris olunmağa başlayan Təbiət fənni dərsliyinin müəllifləri arasında Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin əməkdaşları da yer alıb.

 

Modern.az xəbər verir ki, belə ki, Pedaqoji fakültənin dekanı, dosent  Elşad Abdullayev, Kimya-biologiya kafedrasının müdiri, k.ü.f.d. Elmar İmanov və kafedranın baş müəllimi Elşad Yunusov kitabın müəllifləri sırasındadırlar.

 

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən tərtib olunan Təbiət (Science) dərsliyi tədqiqat əsaslı öyrənməyə və təbiət fənlərinin (fizika, kimya, biologiya, coğrafiya) inteqrasiyasına əsaslanır.

 

“Təbiət-5” dərslik komplekti 2021/2022-ci tədris ilində ölkə üzrə 132 məktəbdə pilot sınağına təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!