Modern.az

“3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq” - Çavuşoğlu

“3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq” - Çavuşoğlu

Aktual

15 Noyabr 2021, 12:45

“Regionda vacib hadisələr baş verir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

“Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”, - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?