Modern.az

“Nizami” baletinin premyerası olacaq       

“Nizami” baletinin premyerası olacaq       

Aktual

15 Noyabr 2021, 13:19

Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcək.

Modern.az xəbər verir ki, premyera Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Tamaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Nizami ili" çərçivəsində baş tutan layihələrdən biridir.

Tamaşanın musiqi rəhbəri və dirijoru Respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Azərbaycanın Xalq artisti, balet truppasının bədii rəhbəri, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova həyata keçirib. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?