Modern.az

Paşinyan Karapetyanı işdən çıxarmasının səbəbini AÇIQLADI

Paşinyan Karapetyanı işdən çıxarmasının səbəbini AÇIQLADI

Aktual

15 Noyabr 2021, 14:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi barədə danışıb.

 

Modern.az xəbər verir ki, N.Paşinyan Təhlükəsizlik Şurasının iclasında bu qərarını son günlər baş verən hadisələrə görə verdiyini deyib.

 

“Bu qərar dünəndən bu yana baş verən hadisələrin təhlili nəticəsində verilib. Səhər mən cənab Karapetyanı dəvət etdim və ona Ermənistan müdafiə naziri kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, görülən işləri yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni müdafiə nazirinin dəyişdirilməsi ilə bağlı qərara vadar etdi”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!