Modern.az

Rəisi Çavuşoğlunu qəbul etdi - İran Türkiyə ilə razılığa gəldi

Rəisi Çavuşoğlunu qəbul etdi - İran Türkiyə ilə razılığa gəldi

Aktual

15 Noyabr 2021, 15:47

İran prezidenti İbrahim Rəisi bu gün Teghranda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

 

Modern.az  İran mediasına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu prezident İbrahim Rəisi ilə görüşdən əvvəl - səhər saatlarında iranlı həmkarı Hüseyn Əmir-Abdollahian ilə görüşüb.

 

İki xarici işlər nazirinin görüşündən sonra ortaq mətbuat konfransı keçirilib və Hüseyn Əmir-Abdollahian bildirib ki, tərəflər gələcək uzunmüddətli ikitərəfli əməkdaşlıq üçün yol xəritəsinin cızılması barədə razılığa gəliblər.

Prezidentlər müzakirə mövzularından biri Azərbaycan və Cənubi Qafqaz olub.

İbrahim Rəisi deyib ki, İran öz sərhədlərindən kənarda qonşuluq münasibətlərilə yanaşı, Azərbaycan və Türkiyə ilə dərin və uzunmüddətli dini, mədəni əlaqələrə malikdir.

“Bəzi xarici güclərin bu əlaqələrə xələl gətirməsinə imkan verməməliyik", - prezident bildirib.





A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?