Modern.az

Britaniya mina təmizlənməsinə pul ayırıb

Britaniya mina təmizlənməsinə pul ayırıb

Aktual

15 Noyabr 2021, 15:58

Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Britaniya hökumətinə ölkəsinin Azərbaycanın minalardan təmizləmə üzrə səylərinə bugünədək necə dəstək verdiyi, eləcə də bundan sonra hansı əlavə dəstəyi göstərəcəyi ilə bağlı yazılı sual ünvanlayıb.

Modern.az xəbər verir ki, Britaniya Xarici İşlər və İnkişaf nazirinin müavini Lord Qoldsmit parlamentarinin sualını cavablayıb.

Onun sözlərinə görə, Britaniyanın Azərbaycana minalar məsələsi ilə bağlı nə cür dəstək göstərə biləcəyinin müəyyən edilməsi üçün 2021-ci ilin iyun ayında bu ölkənin Müdafiə Nazirliyi Azərbaycana partlayıcı silahlarla mübarizə üzrə mütəxəssis göndərib:

“Sentyabr ayında isə Britaniya XİN-in Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri xanım Vendi Morton regionda mövcud mina probleminin aradan qaldırılması istiqamətində zəruri addımların atıla bilməsi üçün ölkəsinin BMT-nin İnkişaf Proqramına 500000 funt sterlinq maliyyə yardımı ayırdığını elan edib. Bəhs olunan maliyyə vəsaiti Azərbaycanda minalardan təmizləmə işlərinə dəstək vermək məqsədi ilə bu sahə üzrə təlimlərin keçirilməsi və mütəxəssislərin cəlb edilməsinə xərclənəcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?