Modern.az

Narkotacirə hökm oxundu - 8 il

Narkotacirə hökm oxundu - 8 il

Aktual

15 Noyabr 2021, 15:54

Bakı Ağır Cinayət Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qəşəm Quliyevin işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

 

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qəşəm Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il azadlıqdan məhrum edilib.

 

Q.Quliyev hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ətrafında keçirilən əməliyyat nəticəsində ondan 30 qram narkotik maddə olan marixuana aşkarlanıb.

 

Q. Quliyev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb və 2019-cu ildə azadlığa çıxmasının çəkilməmiş hissəsindən azad edilib. 2021-ci ildə isə narkotik satarkən yaxalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?