Modern.az

Kasıbları təhqir edən sürücü Zakir Qaralovun yaxın adamı olub

Kasıbları təhqir edən sürücü Zakir Qaralovun yaxın adamı olub

Aktual

12 Yanvar 2022, 13:44

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir etməsi ilə bağlı videodan sonra həmin şəxsin 1985-ci il təvəllüdlü Samid Bağırov olduğu müəyyən edilib. 

 

Modern.az Bakupost.az-a istinadən xəbər verir ki, həmin sürücü, 37 yaşlı S. Bağırov uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub. O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.

 

Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.

 

Xatırladaq ki, S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı