Modern.az

Kamran Əliyev iranlı həmkarı ilə görüşdü

Kamran Əliyev iranlı həmkarı ilə görüşdü

Aktual

12 Yanvar 2022, 15:30

Moskvaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

 

Baş Prokurorluqdan Modern.az-ın verilən məlumata görə, görüşdə Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.

 

Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!