Modern.az

Goranboyda "Mercedes" piyadanı vurub ÖLDÜRDÜ

Goranboyda

Aktual

12 Yanvar 2022, 17:40

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, R.Bayramova xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı