Modern.az

DYP-dən Kürdəmirdə baş verən qəza ilə bağlı açıqlama

DYP-dən Kürdəmirdə baş verən qəza ilə bağlı açıqlama

Aktual

12 Yanvar 2022, 18:59

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Kürdəmirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

 

İdarədən Modern.az-a verilən məlumata görə, yanvarın 11-də saat 03:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində Samux rayon sakini 1964-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu idarə etdiyi “Kamaz” markalı, 20-DL-316 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən, onunla eyni istiqamətdə, yolun hərəkət hissəsindən tam kənarlaşdırılmadan dayanmış “Daımler Chrysler” markalı, 20-CT-701 dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobildən düşərək yolun hərəkət hissəsində dayanmış sürücünü - Gəncə şəhər sakini 1974-cü il təvəllüdlü Əhmədov Rauf Rəcəb oğlunu vurub.

 

Nəticədə R.Əhmədov aldığı bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

“Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda göstərilən səbəblərdən əvvəllərdə yol qəzalarının baş verdiyini hərəkət iştirakçılarının diqqətinə çatdırır və bir daha onlara müraciət edərək nəqliyyat vasitəsinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir”, - deyə məlumatda bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı