Modern.az

“Qarabağ” dan yeni transfer

“Qarabağ” dan yeni transfer

Aktual

13 Yanvar 2022, 12:16

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Ağdam təmsilçisi Leandro Andrade ilə müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

 

​Andrade komandada 15 nömrəli formada çıxış edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!