Modern.az

Putin Qərbə təklifləri barədə İsrail liderinə məlumat verdi

Putin Qərbə təklifləri barədə İsrail liderinə məlumat verdi

Aktual

13 Yanvar 2022, 17:54

Rusiya prezidenti Vladimir Putin bu gün telefon danışığında İsrailin baş naziri Naftali Bennetini Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı Qərbə təklifləri barədə məlumatlandırıb.


Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


“2021-ci il oktyabrın 22-də Soçidə keçirilən Rusiya-İsrail sammitinin davamı olaraq liderlər beynəlxalq gündəlikdəki bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin, Suriya problemi ilə bağlı əməkdaşlıq imkanları, habelə İranın nüvə proqramı ətrafında da fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı