Modern.az

Ötən günün cinayət STATİSTİKASI

Ötən günün cinayət STATİSTİKASI

Aktual

20 Yanvar 2022, 10:21

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

 

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı