Modern.az

“TURCOVAC” peyvəndi Azərbaycanda da yoxlanılacaq

“TURCOVAC” peyvəndi Azərbaycanda da yoxlanılacaq

Aktual

20 Yanvar 2022, 11:54

Türkiyədə hazırlanan peyvənd Azərbaycanda da sınaqdan keçiriləcək. 
 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında Azərbaycanın koronavirusa qarşı vaksin hazırlaya biləcəyi sualına cavabında bildirib:
 

"Hazırda qardaş Türkiyənin hazırladığı peyvənd üçüncü mərhələ üzrə sınaqdadır. Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinin Azərbaycanda da kliniki sınaqlarının aparılması nəzərdə tutulur”.

 

Qeyd edək ki, “TURCOVAC” koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvənddir. Artıq Türkiyədə bu vaksinin istifadəsinə icazə verilib.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV