Modern.az

Hacıqabulda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

Hacıqabulda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

Aktual

20 Yanvar 2022, 11:47

Hacıqabulda 20 yanvar Şəhidlərinin xatirəsi anıldı.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb, sonra 20 Yanvar abidəsi kompleksi önünə gül-çiçək dəstələri qoyulub.

 

Tədbirin davamında Hacıqabul rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə şəhər Folklor klubunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiyaya və zaman-zaman başımıza gətirilən faciələri özündə əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Ədəbi-bədii kompozisiyada və sərgidə şəhidlərimizin əbədiyaşarlığı, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi nümayiş olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı