Modern.az

Binəqədidə “Güllə yağışı” abidəsi ziyarət edilib - FOTOLAR

Binəqədidə “Güllə yağışı” abidəsi ziyarət edilib - FOTOLAR

Aktual

20 Yanvar 2022, 13:12

20 Yanvar - Ümumxalq Hüzn Gününün 32-ci ildönümü münasibətilə Biləcəri qəsəbəsində yerləşən "20 Yanvar" şəhidlərinin xatirə parkında ucaldılmış “Güllə yağışı” abidəsi ziyarət edilib.

 

Modern.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları - Azay Quliyev və Kəmaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, “20 Yanvar Cəmiyyəti”nin üzvləri və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı