Modern.az

Ermənilər təkliflərdən razıdır - Çavuşoğlu

Ermənilər təkliflərdən razıdır - Çavuşoğlu

Aktual

20 Yanvar 2022, 13:47

“Xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib.

 

“Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək” - deyə Çavuşoğlu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı