Modern.az

Toya görə 4 min manat CƏRİMƏLƏNDİ

Toya görə 4 min manat CƏRİMƏLƏNDİ

Aktual

25 Yanvar 2022, 08:56

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Navahı kəndi ərazisində fəaliyyət göstərən “Şahsaray” şadlıq sarayında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb.

 

Obyektin icarədarı İ.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub və o, 4000 manat məbləğində cərimə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı