Modern.az

Sərhəddə hüquqpozma halları ARTIB

Sərhəddə hüquqpozma halları ARTIB

Aktual

25 Yanvar 2022, 11:43

Ötən il Azərbaycan gömrük orqanları tərəfindən 17 144 hüquqpozma faktı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı məlumat verib. O qeyd edib ki, son 5 ildə sərhəd-keçid məntəqələrindən aşkarlanan hüquqpozmaların sayı artıb:

 

"Diqqətə çatdırılan hüquqpozmalar içərisində cinayətlərin çəkisi azalıb. Əvvəllər bu göstərici ortalama 8% idisə, 2021-ci ildə cəmi 2,4% olub. Bundan əlavə, 2021-ci ildə aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb".

 
G. Muradlı, həmçinin bildirib ki, 2021-ci ildə axtarışda olan 11 nəfərin tapılaraq istintaq orqanına gətirilməsi təmin edilib: 

 

"İstintaqı aparılan 221 cinayət işindən 95-i ittiham aktları ilə birlikdə ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilib, həmin işlərdən 90-ı üzrə ittiham aktı təsdiq edilərək cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə verilib. 54 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan tam şəkildə ödətdirilib.

 

Ötən il 16 726 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 1 749 hüquqi şəxs (o cümlədən 481 xarici hüquqi şəxs) və 14 989 fiziki şəxs (o cümlədən 10 453 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 3 milyon 523 min 402 manat cərimə tətbiq olunmaqla, dəyəri 1 milyon 300 min 605 manat olan malları məhkəmə orqanları müsadirə edib. Bu xətaların 80%-i malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, 7%-i gömrük nəzarətindən gizlətmə, bəyan etməmə və yaxud düzgün bəyan etməmə, gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparmama, yaxud qaytarmama, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə, 13%-i isə digər xətalarla əlaqədar olub. Son vaxtlar ən çox rast gəlinən inzibati xətalardan biri də qısa idxal bəyannaməsinin elektron formada verilməməsidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV