Modern.az

Zakir Fərəcovun restoranının icarədarı HƏBS EDİLDİ

Zakir Fərəcovun restoranının icarədarı HƏBS EDİLDİ

Aktual

25 Yanvar 2022, 14:57

Sumqayıt şəhərindəki məşhur “Kalyon” restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

 

Modern.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 23-də şəhərin Sahil küçəsində yerləşən “Kalyon” restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

 

Polisi keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Bundan əvvəl mediada gedən məlumatlarda “Kalyon” restoranının Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğu qeyd edilirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı