Modern.az

Əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar var

Əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar var

Aktual

25 Yanvar 2022, 20:46

Azərbaycan torpaqlarının işğalına son qoyulması nəticəsində bölgədə yaranan reallıqlar regional əməkdaşlıq üçün geniş imkanlar açır və davamlı sülhə, təhlükəsizliyə, inkişafa təminat verir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı səsləndirdiyi fikirlərini şərh edən millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işləri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır: “Azad etdiyimiz ərazilərdə İran şirkətlərinin də fəal işə başlayacaqları barədə verilən mesajlar, həm iki qonşu dövlət arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, artıq Azərbaycan və İranın da iştirak etdiyi 3+3 regional əməkdaşlıq platforması yaradılıb. Bu platforma iştirakçı dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsinə, təhlükəsizliyin təmin edilməsinə böyük ümidlər yaradır. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi çox önəmli layihələrdir və bütövlükdə Azərbaycan-İran əməkdaşlığına müsbət dinamika gətirəcək, bölgədə həyata keçirilən digər layihələrlə birlikdə regional əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradacaq”.

 

Azər Kərimli Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün layihələrin iqtisadi inkişafa, sülhə, sabitliyə xidmət etdiyini bildirib: “1994-cü ildən etibarən Azərbaycan həm enerji, həm də nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində olduqca önəmli və iştirakçı dövlətlərin enerji təhlükəsizliyinə, rifahına xidmət edən layihələrin icrasına nail olub. Əldə olunan nəticələr, ölkəmizin enerji və nəqliyyat sahəsindəki logistik imkanları qonşu dövlətlərə də öz iqtisadi əlaqələrini genişləndirməyə, yeni bazarlara çıxmağa imkan yaradır. Bu xüsusda, nümunə olaraq, Türkmən qazının nəqli ilə bağlı Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış razılaşmanı da xüsusi qeyd etməyi vacib sayıram. Bu baxımdan, hesab edirəm ki, iki qonşu dövlət arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı