“Son illərdə bir sıra vacib sosialyönümlü problemlər tərəfimizdən həll olunsa da, yarımçıq qalmış və tamamilə həll edilməmiş məsələlər də var”.
Modern.az-ın məlumatına görə, bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov bildirib.
İcraçı direktor deyib ki, problemləri belə sadaalyıb:
"Bunlardan məhdud sayda olan xidməti mənzillərin rəsədxanaya aidiyyəti olmayan şəxslər tərəfindən tutulması, Rəsədxananın içməli su ilə təminatı, kanalizasiya üçün təmizləyici qurğunun tikilməsi, yolların asfalt örtüyünün və səkilərin dağılması, istilik-kommunikasiya xətlərinin tam erroziyaya uğraması, ərazinin mühafizəsi ilə bağlı bir-sıra problemlər, kottec və yaşayış binalarının cari təmiri və s. kimi işlər göstərilə bilər”.