Modern.az

Bu deputatlar YAP-dakı vəzifələrini itirdilər - YENİLƏNİB

Bu deputatlar YAP-dakı vəzifələrini itirdilər - YENİLƏNİB

Aktual

28 Yanvar 2022, 16:35

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasa Partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sədrlik edib.

 

İclasda YAP rayon təşkilatlarına yeni sədr təyinatı məsələsi müzakirə olunub. 

 

Qərara əsasən, YAP Gəncə rayon təşkilatının sədri vəzifəsində deputat Naqif Həmzəyevi Ramil Orucov, Ağdaş rayon təşkilatında isə Cavid Osmanovu Əlişah Rəcəbov əvəzləyib. Bununla da hər iki deputat YAP-dakı vəzifələrini itiriblər.

 

Bundan əlavə, partiyanın Sumqayıt şəhər təşkilatına Ramiz Hüseynovun sədr təyin edilməsi barədə məlumat yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV